Xəbərlər

“Nazirliyin yerli bölmələrinin, regional orqanlarının rəhbərləri” üçün “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması” mövzusunda növbəti təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Maliyyə Elm-Tədris Mərkəzində Tədrisin keçirilməsi üçün 2019-cu il 18 yanvar İ-17 nömrəli əmri ilə təsdiq edilmiş plan-qrafikə uyğun olaraq Maliyyə Elm-Tədris Mərkəzində “Nazirliyin yerli bölmələrinin, regional (zona) orqanlarının rəhbərləri” üçün “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması” mövzusunda 15-19 aprel tarixində təlimlər keçirilmişdir. Təlim müddəti ərzində dinləyicilərə “Dövlət qulluğu keçmə ilə bağlı məsələlər”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Vergi siyasəti və onun dövlət büdcəsi gəlirlərinə təsiri”, “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması”, “Mühasibat uçotunda dəyişikliklər”,“Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdən irəli gələn məsələlər” və digər mövzularda mühazirələr oxunulmuşdur.Təlimlərin nəticəsi olaraq, dinləyicilərə serifikatlar təqdim olunmuşdur.

ha.jpg
ap.jpg
haf.jpg
ma.jpg

ƏLAQƏ

AZ1022, Bakı Səməd Vurğun 83, Bakı, Azərbaycan.

  • dummy +994 12 404 46 99

  • dummy +994 12 404 47 21

  • dummy office@maliyye.gov.az

BİZƏ ABUNƏ OLUN

E-poçtunuzu daxil edin və bizdən daha ətraflı məlumatlar alın.