Xəbərlər

Kiçik və Orta Sahibkarlıq Subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlim təşkil ediləcəkdir

 

Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində ilk mərhələdə ortahəcmli müəssisələrdə bu standartların tətbiqinin təşviq edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində ilk mərhələdə ortahəcmli müəssisələrdə bu standartların tətbiqinin təşviq edilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunan tədbir üzrə əsas icraçı qurum Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən olunduğundan 2018-ci il ərzində bu istiqamətdə müxtəlif təlimlərin keçirilməsi planlaşdırılmışdır.
Bu məqsədlə Maliyyə Elm-Tədris Mərkəzində “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda növbəti təlim 2018-ci il 22 fevral tarixində təşkil ediləcəkdir.
İştirak üçün qeydiyyatdan keçməyiniz tələb olunur.


Son qeydiyyat tarixi: 21 fevral 2018-ci il.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır..
Əlaqə telefonu: +994 12 4048159.

ha.jpg
ap.jpg
haf.jpg
ma.jpg

ƏLAQƏ

AZ1022, Bakı Səməd Vurğun 83, Bakı, Azərbaycan.

  • dummy +994 12 404 46 99

  • dummy +994 12 404 47 21

  • dummy office@maliyye.gov.az

BİZƏ ABUNƏ OLUN

E-poçtunuzu daxil edin və bizdən daha ətraflı məlumatlar alın.